!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarif Şurasının qərarı nəyə əsaslanır? – İqtisadçı ekspert bahalaşmanı şərh etdi

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-4Natiq Cəfərli: “Ehtimal var ki, bir müddət sonra verilən qərar dəyişdirilsin və indiki qiymətlərdən bir qədər aşağı həddə olmaqla vahid tarif sisteminə keçirilsin”

Tarif (qiymət) Şurası(TŞ) təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxaraq sözügedən sahələrdə yeni qiymət tənzimlənməsinə qərar verdi. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetrə görə 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olanlar üçün isə 20 qəpik müəyyənləşdirilib.

Habelə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Görəsən, belə bir qərarın verilməsinə nə dərəcədə ehtiyac vardı? İkinci bir tərəfdən, smatrkartların mövcudluğu şəraitində əhalinin ildə 1500 kubmetrdən artıq və ya az qaz, habelə, ayda 250 kilovat-saatdan çox və ya az elektrik enerjisi istehlak etdiyi necə müəyyənləşəcək? Bunun bir mexanizmi varmı?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, qaz və elektrik enerjisi üzrə qiymətlərin bahalaşması büdcədə yaşanan çatışmamazlıqdan doğan bir amildir: “Əslində qaz və elektrik enerjisinə görə tafirlərin qaldırılmasının yeganə səbəbi büdcədə yaranmış problemlərlə əlaqədardır. Habelə SOKAR, “Azərişiq”, “Azərenerji” kimi təbii inhisarçılarda idarəetmənin yaxşı olmadığından doğan problemlərlə bağlıdır. Bu şirkətlərin xarici borcları kifayət qədər yüksək səviyyədədir. Həm də əlavə gəlir mənbələri axtarmaq üçün ancaq belə asan, yəni qiymətləri qaldırmaq yolu ilə probemlərinin bir hissəsini həll etmək istəyirlər. Büdcədən ayrılan subsidiyalar həmin təşkilatlara kəsildikcə verilən bu qərarın yükünün əhalinin çiyinləri üzərinə qoyulması daha bariz şəkil aldı. Əslində Azərbaycanda bp və ABƏŞ şirkətlərinin çıxartdığı səmt qazı SOKAR-a pulsuz verilir. Bu da ildə 2,4-2,5 milyard kubmetr qaz deməkdir. Ölkədə əhalinin istehlak etdiyi qaz isə ildə 2,8 milyard kubmetrdir. Bu məntiqlə Azərbaycanda qaz və elektrik enerjisi üzrə qiymətlərin qaldırılmasına lüzum yox idi. Sadəcə, büdcə və dotasiya ilə bağlı problemləri həll etmək üçün bu yolu seçiblər”.

İlgili resimHəmsöhbətimiz sərf edilən qaz və elektrik enerjisinə görə qəliz hesablama qaydalarının tətbiq olunduğunu da diqqətə çatdırdı: “Hesablanma qaydaları hələ xeyli müddət ciddi müzakirə predmetinə çevriləcək və vətəndaşlarla təbii inhisarçılar arasında ciddi fikir ayrılığına, hətta mübahisələrə, narazılığa gətirib çıxaracaq. Məsələn, 1500 kubmetrdən artıq olduqda qazın qiymətinin dəyişən hesablanması qaydası ən yaxşı halda bir neçə ay əhalinin köhnə qiymətlərlə istifadə etməsini təmin edəcək. Sonrakı aylarda isə ikiqat bahalaşmaya məruz qalacaqlar. Elektriklə bağlı vəziyyət isə daha anlaşılmazdır. Smart kartı olan elektrik istifadəçiləri maraqlı bir durumla qarşılaşacaqlar. Aylıq həcm 250 kilovatı keçərsə sayğac özü avtomatik olaraq daha baha qiymətlə hesablamalıdır. Bu necə baş verəcək? Sayğaclar dəyişdiriləcəkmi, yeni proqramlar yazılacaqmı? Yəni elektrik enerjisi üzrə texniki məsələlər daha qəlizdir. Bu əsasda ehtimal var ki, bir müddət sonra verilən qərar dəyişdirilsin və indiki qiymətlərdən bir qədər aşağı həddə olmaqla vahid tarif sisteminə keçirilsin. Belədə baş vermiş hadisə vəziyyətdən çıxış yolu kimi hökumətin əhaliyə göstərdiyi güzəşt formasında təqdim olunacaq. Ola bilər gələcək anlaşılmazlıqların qarşısını almaq üçün ümumi tarifə keçirilməklə elektrik enerjisi 11 deyil, 9 qəpikdən, qazın qiyməti isə 20 deyil, 14-15 qəpikdən hesablansın”.

ELÇİN
Yeniçağ.Az

 

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv