!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi abidə dağıdılır, nazirlik isə susur- FAKT

!Reklam – Yazi

112ixAğstafa rayonunda 200 ildən çox yaşı olan tarixi abidə dağıdılıb.

Ağstafa rayonunun Dağkəsəmən kəndində 1804-cü ildə tikilmiş “Balabəyin evi” adlı tarixi abidə naməlum kənd sakini tərəfindən dağıdılıb. Bu barədə redaksiyamıza Muradov Ələsgər İmran oğlu məlumat verib. Onun sözlərinə görə tarixi abidə Nazirlər Kabinetinin 2001-ci ildə, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb. Ələsgər Muradov invertar nömrəsi 4076 olan abidəyə, onun müraciəti əsasında 2015-ci ildə dövlət təfindən baxış keçirildiyini və abidəyə heçbir kənar müdaxilənin qeydə alınmadığını bildirdi. Lakin bu ilin mart ayının 26-sı günü kənddə olarkən gurultu eşitdiyini və həmin abidənin olduğu yerdən toz duman yüksəldiyini dedi. Ərazinin kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından abidəyə yaxınlaşa bilmədiyini deyən Ələsgər Muradov bu barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdiyini bildirdi. Hal-hazırda araşdırma aparıldığını bildirən Ələsgər Muradov, babasından onlara qalan tarixi abidənin kimlərinsə şəxsi maraqları üçün dağıdılmaması üçün mətbuat vasitəsi ilə içtimailəşdirilməsini xahiş etdi. “Bura heç mənim babamında olmasa tarixi abidənin dağıdılmasına necə göz yuma bilərəm, belə abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. Sizdən artıq dərəcədə xahiş edirəm dövlətimiz tərəfindən qorunan bu abidəni dağıdanların layiqli cəzasını alması üçün mətbuat vasitəsi ilə müvafiq orqanlara çatdırlımasını təmin edəsiniz”.

Qeyd edək ki, 200-dən çox yaşı olan “Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-su illər arasında tam bərpası nəzərdə tutulur.

Bu məsələyə qısa zaman ərzində Mədəniyyət və Turizm Nazirliyinin münasibət bildirməsini, məsələnin dərindən araşdırıb günahkarların cəzalandırılmasını tələb edirik. Bizim tariximiz bizim mədəni sərvətimizdir.

 

 

 

 

 

 

 

 

 

Azərbaycan24

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv