www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Tatarıstanı xəritədən silmək planı cəfəngiyyatdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyada İslam və Türklüyün mərkəzi olan Tatarıstan Muxtar Respublikasının ləğvinə dair şovinist çağırışlara münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib:

“Hazırda Türkiyədə olduğuma və vaxt məhdudiyyətinə görə bu məsələ barəsində geniş danışa bilmirəm.
Ancaq qısaca deyim ki, bu təşəbbüs, bu çağırış, Tatarıstanı xəritədən silmək planı cəfəngiyyatdır. Bu çağırışı edənlər Rusiyanın hansı nəticə ilə üzləşə biləcəyini təsəvvür etmirlər.

Bunu deyənlər başa düşmürlər ki, o addımı atsalar, Tatarıstan ayağa qalxar və Rusiya dağılar.

O mövqedə olanlar dərk etməlidirlər ki, belə təklifləri irəli sürmək ilk növbədə Rusiyanın öz ziyanınadır”.

Xatırladaq ki, ötən həftə Rusiya baş nazirinin keçmiş müavini Aleksey Kudrin ərazi islahatı çərçivəsində Tatarıstanın paytaxtı Kazanın ölkənin tərkibindən çıxarılaraq, bu muxtar respublikanın ləğv olunmasını və ərazisinin digər muxtar vilayətlər arasında bölüşdürülməsini təklif edib.

Kudrin bildirib ki, artıq Rusiyanın bir-birinin yaxınlığında yerləşən böyük şəhərlərinin heç bir muxtar ərazi vahidinə daxil olmayan vahid aqlomerasiyada birləşmələrinə ehtiyac var.

Onun sözlərinə görə, ilk aqlomerasiyada Kazan, Samara və Ulyanovsk şəhərləri birləşdirilə bilər.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 831
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."