www.sinerjipro.net

SinerjiProWide
Reklam

tatuaj-fata-spate-Funkyttoo2-e1417639370871Bu gün tatuaj artıq dəb halını alıb və hər gün tatuajın yeni formaları yaranır. İnsanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Yəqin xəbərsizdirlər ki, tatuaj xərçəng xəstəliyi belə yarada bilər.

Bəzi hallarda insanlar sonradan tatuajı sildirmək qərarına gəlir. Bu da həm istənilən nəticəni vermir, həm də dəriyə təsirsiz ötüşmür.

Dermatoloq-kosmetoloq Mehdi Mahmudi insanların tatuajdan uzaq durmasını məsələhət görür.

M.Mahmudi Trend-ə bildirib ki, tatuaj insan bədəni üçün yad maddələrdən ibarətdir: “Tatuaj üçün maddələri insan bədəninə yeridəndən sonra bədən həmin maddələrə əks reaksiya verə və insana fəsadlar yetirə bilər. Həmçinin, tatuaj maddələri standart və qeyri-standart olur. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır”.

Dermatoloq-kosmetoloq əlavə edib ki, tatuaj zamanı sterilizasiya qaydalarına əməl olunmadığı halda, insan yoluxucu xəstəliklərə və infeksiyalara yoluxa bilər.

O deyib ki, bir çox hallarda insanlar tatuajdan yorulur və onu sildirməyə qərar verir: “Tatuajın silinməsi isə uzun və çətin bir prosesdir. Sildirmək istəyərkən də fəsadlar yarana bilər. Sildirərkən dəri zədələnir, əvvəlki vəziyyətini bərpa edə bilmir. Son dövrlərdə tatuaj vurduranların, eləcə də tatuaj sildirənlərin sayı çoxalıb. Tövsiyə edərdim ki, insanlar tatuajdan uzaq dursunlar. Çünki bu, insan bədəninə xarici müdaxilə və yad maddələrin daxil edilməsidir. Onun ziyanları çoxdur. Xüsusilə böyük həcmdə, bədənin çox yerlərində tatuaj etdirmək heç məsləhət deyil”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 116
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."