!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl Kombinatının direktorunun qatilləri məlum oldu

!Reklam – Yazi

00cad18ee60998f6231ac921a725bfd2-300x199Bakıda qətlə yetirilən Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətli ilə bağlı 3 nəfər saxlanılıb.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mahnurə Heydərəli qızı Hüseynova, Ehtitam Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevdir. Məlumata görə, Mahnurə Hüseynova mərhumun tanışı olub. Qətl planı da onun iştirakı ilə hazırlanıb.

Məlumatda bildirilir ki, Q. Bağırovun tanışı M. Hüseynova mərhuma zəng vuraraq onunla görüşmək üçün evə gəlib və ardınca tanışları evə basqın edib və qətl hadisəsini törədiblər.
Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoruna 8 bıçaq zərbəsi vurulandan sonra boğularaq qərlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv