www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xalq artisti Ramiz Məmmədovun adının oğurluqda hallanması aktyorun fəaliyyət göstərdiyi Musiqili Komediya Teatrında da mənfi qarşılanıb.

Teatrın direktoru Əliqismət Lalayev Yeniçağ.az-a açıqlamasında yazılanlardan narazı olduğunu ifadə edib:

“Ramiz Prezident təqaüdçüsüdür, xalq artistidir, teatrın sevilən aktyorudur. Belə sözlərlə ona psixoloji təsir etmək olmaz. Ayıbdır. Bu bilirsiniz nəyə bənzəyir? Bir dəli quyuya daş atır və yüz ağıllı onu çıxarda bilmir. Belə bir şey ola bilməz, mümkün deyil. Mən bu məsələdə jurnalistləri də qınayıram. Belə şeylər yazmamalıydılar”.

R.Məmmədov da belə bir ittihamın şər-böhtan olduğunu bildirib.

Qeyd edək ki, Südabə adlı bir qadın “Xəzər Xəbər”də xalq artistini restoranların birində sırğasını oğurlamaqda günahlandırıb:

“Restoranda kameraya baxdıq. Sonra Ramiz müəllimə zəng etdim, dedi ki, sən məni şantaj edirsən, pul istəyirsən və təhqir etdi. Sonra polis bölməsinə şikayət etdim. Amma bizi polis bölməsində üzləşdirmədilər”.

Xalq artisti Ramiz Məmmədov isə haqqındakı ittihamı qəbul etməyib:

“Mənim yerdən tapdığım sırğa yox, balaca əşya idi. Qadının sırğasından xəbərim yoxdur. Onu da polisə vermişəm. Polis araşdırdı və sırğanı mənim götürmədiyim bilindi”.

Qeyd edək ki, Ramiz Məmmədovun restoranların birinin kamera görüntülərində yerə əyilərək nə isə götürməsi görüntülənib.
Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.