“Təbiətimizi necə qoruyaq? Virtual maaarifləndirmə” layihəsi başa çatdı – Sayt təqdim olundu

“Təbiətimizi necə qoruyaq? Virtual maaarifləndirmə” layihəsi başa çatdı – Sayt təqdim olundu

Müəllif: Redaktor

Baş Redaktor

1476444911_mansertSon yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu sahədə gənclərin maariflənməsinə böyük ehtiyac yaranıb. Bu mənada Abbaslı Sevər Şakir qızının təklif etdiyi “Təbiətimizi necə qoruyaq? Virtual maaarifləndirmə – www.MenimTebietim.az” layihəsi olduqca vacib və zəruridir. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi Gənclərin ekologiya mövzusunda biliklərinin təkmilləşdirilməsinə dəstək vermək və onlar arasında “AZƏRBAYÇANÇILIQ” ideologiyasını rəhbər tutaraq fəaliyyətlərində mili maraqların önə çəkilməsinin vacibliyini önə çəkmək, Gənclərin ekologiya sahəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələsini ictimaiyyətin diqqət mərkəzinə gətirmək üçün səy göstərmək, Gəncləri ekologiya mövzusunda müxtəlif istiqamətlər üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir.

Bugün layihə çərçivəsində hazırlanan MenimTebietim.az saytının təqdimatı keçirildi.

Təqdimatı giriş sözü ilə açan, layihənin müəllifi Sevər Abbaslı 3 ay ərzində görülən işlərdən danışdı. Sonra ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək layihənin müasir dövrdə aktuallığından söz açdı. Tanınmış telejurnalist Anar Yusifoğlu isə çıxışında bu mövzunun Televiziyada daha çox ekranlaşdırılmasına ehtiyac olduğunu dedi. AMEA-nın elmi işçisi Cahid İsmayıloğlu isə ekeloji maarifləndirmədə elmi yanaşmanın vacib olduğunu dedi.

Sonda layihə çərçivəsində fəal iştirak edən gənclərə sertifikatlar təqdim olundu.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan www.MenimTebietim.azsaytı artıq fəaliyyət göstərir. 3 ay ərzində davam edən layihə çərçivəsində nəzərdə tutulan bütün işlər tamamlanıb.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti