!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təbriz Həsənov AFFA-nı aldatdı? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Qranatkin turnirindən uğursuz nəticə ilə dönən (16 komanda arasında 9-cu yer) U-19 millisinin baş məşqçisi Təbriz Həsənov AFFA rəhbərliyinə hesabat verəcək.

Mətbuatda yayılan xəbərə görə, hesabat tək 9-cu pilləyə görə deyil. İş ondadır ki, Həsənov Rusiyaya getməzdən öncə AFFA rəhbərliyinə söz verib ki, Sankt-Peterburqda I yeri tuta bilər. Amma bunun üçün heyətə legioner futbolçular cəlb olunmalıdır. Federasiya da onun istəyini yerinə yetirib və heyətə 5 türkiyəli legioner dəvət edib. Buna baxmayaraq, komandamız qrupdan çıxa bilməyib. Həsənovdan da məhz bunun hesabı soruşulacaq.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi aldadılmadığını deyib:

“Hər yazılana rəy bildirmək istəmirik. Sadəcə onu deyim ki, Təbriz Həsənov AFFA-nı qətiyyən aldatmayıb. Sadəcə, standart hesabatdır. Bütün məşqçilər kimi o da hər yarışdan sonra quruma hesabat verməlidir. Bu da normal haldır. Yenə deyirəm heç bir aldadılmadan söhbət belə gedə bilməz”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv