!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təcavüzdə təqsirləndirilən məşhur aktyordan şok etiraf: "Homoseksualam"  

!Reklam – Yazi

Təcavüz iddiaları ilə tez-tez gündəmə gələn dünya şöhrətli aktyor Kevin Spacey homoseksual olduğunu etiraf edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Oskar mükafatçısı amerikalı aktyor həmkarı Antoni Rappa təcavüz etməkdə ittiham olunur. Rapp bu barədə öz açıqlamasında qeyd edib. O, 14 yaşında olanda Spaceyin ona təcavüz etmək istədiyini söyləyib. Aktyor hadisə yerindən qaçaraq uzaqlaşdığını bildirib.

Bu iddialardan sonra hamının diqqəti Kevin Spaceyin verəcəyi cavaba yönəlib. Aktyor “twitter” hesabından açıqlama verərək, homoseksual olduğunu etiraf edib. Hadisənin baş verdiyi gecə sərxoş olduğunu bildirən aktyor Rappı incitdiyi üçün peşmançılığını dilə gətirib və ondan üzr istəyib. Ömrü boyu öz həmcinsləri ilə romantik münasibətlər yaşadığını etiraf edən Spacey keçmişdə baş verən hadisənin üzə çıxması ilə cəsarətləndiyini qeyd edib.

 

www.yenicag.az

5159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv