!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏCİLİ!!! Məhəmmədə kömək lazımdır…

!Reklam – Yazi

13988620_1082080131841460_1280080725_nOnun adı Məhəmməddir. Cəmi 3 illik bir ömür yaşayıb bu həyatda. Bu 3 illik ömrünü yaşayıb demək nə qədər doğrudur-bilmirəm.

Körpə xəstəliklərlə birgə doğulub. Uzun müddətdir ki, nevroloji problemlərdən qaynaqlanan xəstəliklərlə mübarizə aparır. Serebral iflicdir. Ayaqları üstündə durub yeriməyə çətinlik çəkən körpənin digər bir problemi də gözləridir. Nə yazıq ki, həkim müayinəsi zamanı bildirilib ki, onun gözlərinin 30% görmə qabilyyəti var.

Məhəmmədin özündən başqa 1 qardaşı da var.

Xoşbəxtlikdən o uşaq tam sağlamdır. Hal-hazırda o, nənə-baba himayəsindədir. Baba isə bu yaxınlarda iflic olub. Məhəmmədin gözləri əməliyyat olunmazsa, tamam tutula bilər.

Bunun üçün ona əməliyyat lazımdır. Ailənin maddi durumu çox pisdir. Onlar nəinki əməliyyat, hətta müayinə üçün çox imkansızdırlar. Maştağa qəsəbəsində yaşayan bu ailəylə əlaqə saxlamaq üçün heç bir telefon da yoxdur. Əlaqə yaratmaq istəyənlərə isə yaxın qohumları olan Nəzakət adlı bir xanım köməklik edir. Bu yazını oxuyan hər kəsdən xahişimiz odur ki, Allaha xatir bu körpəyə Qurbanov Məhəmmədə sahib çıxaq.

Onun əməliyyatı və əməlyyat sonrası müalicəsi üçün müəyyən məbləğə ehtiyac var.

Məhəmmədə kömək üçün hesab nömrəsi açılıb. Bank hesabı: Agbank-hesab nömrəsi: 337611- dogum tarixi 25.07.1961 Ödənişlər bütün paypoint aparatlarından edilə bilər. Əgər uşağa birbaşa kömək etmək istəyən olarsa, qohumları- Nəzakət xanımla 055-644-16-10 əlaqə saxlaya bilərsiniz.

13940943_1082080178508122_1694233047_n 13957027_1082080261841447_1620571558_n 13988620_1082080131841460_1280080725_n

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv