Təcili: polis Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

Müəllif: Redaktor

Editor

121960_res_01Bankın ofisində axtarışı Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsi iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşları aparır.

Onlar ofisə Bakı vaxtı ilə saat 12 radələrində daxil olublar. Ofis Marat küçəs, 63 ünvanında yerləşir.

Hazırda bankın Peterburq filialının telefonları zənglərə cavab vermir, “bank-müştəri” qaynar xətti isə bağlanıb.

Beynəlxalq Bankın Moskva filialından isə bildiriblər ki, hazırda bankın Peterburqda, Marat küçəsində yerləşən ofisində maliyyə əməliyyatları aparmaq, o cümlədən pul köçürmələri həyata keçirmək mümkün deyil.

Bankdan telefon zənginə cavab verən əməkdaş bunu “rabitə problemi” ilə izah edib və bildirib ki, problem iki-üç günə aradan qaldırılacaq.

Azərbaycan Beynəlxalq Bankı onsuz da hazırda ağır böhran içindədir. Bankın keçmiş rəhbərliyinin sağa-sola səpələdiyi milyardlarla dollar kredit geri qayıtmayıb. Bu işlə bağlı bir sıra kredit oliqarxları və bankın keçmiş rəhbəri Cahangir Hacıyev həbs olunub.

Beynəlxalq Bankın Moskvadakı törəmə bankında da vəziyyət yaxşı deyil. Bankın göstəriciləri qaytarılmayan kreditlərə görə kəskin aşağı düşüb. Bu günlərdə bankın rəhbərliyi dəyişdirilib.

* * *

14:34

Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində hüquq-mühafizə orqanları xüsusi təyinatlı polisin dəstəyi ilə axtarışlar aparır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Life News” telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, istintaq tədbiri pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində aparılır.

Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Fontanka.ru axtarış əməliyyatının hələ də davam etdiyini xəbr verir. Xəbər yenilənəcək.(virtualaz)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir