!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhlükə!!! Dini müxalifət siyasi müxalifəti üstələyir – Rəylər

!Reklam – Yazi

12202590_10206816779690812_973865301_nVüqar Zifəroğlu: “Dinin siyasətə qoşulması arzuolunan hal deyil və onun baş verməsi yaxşı heç nə vəd etmir”

Elşən Manafov: “Siyasi müxalifətin dini müxalifətlə əvəzlənməsi ölkədə dağıdıcı proseslərin başlanmasına, dini zəmində vətəndaş qarşıdurmasına, xaosa səbəb ola bilər”

Ərəb ölkələrində olduğu kimi ara-sıra Azərbaycanda da siyasi müxalifətin dini müxalifətlə əvəzlənməsi ehtimalı barədə fikirlər səslənir. İndilikdə görürük ki, Azərbaycanda siyasi müxalifət çox zəifdir. Onun proseslərə təsit etmək gücü demək olar ki, sıfıra bərabərdir. Belə olan halda bir çox ölkələrdə gördüyümüz kimi həmin boşluğu dini müxalifət tutur və yaxud tutmağa cəhd göstərir. Azərbaycanda da bəzi qüvvələr var ki, bu prosesin baş verməsində maraqlıdırlar.
Görəsən, siyasi müxalifəti dini müxalifətin əvəzləməsi ölkəyə nə verəcək?
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə siyasi müxalifəti dini müxalifətin əvəzləməsi hər halda yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, Azərbaycanda dini müxalifətin formalaşması üçün də şərait yoxdur. Dini müxalifət adətən o ölkələrdə olur ki, orada din siyasətə qarışır. Azərbaycanda isə hesab etmirəm ki, din siyasətə qarışa bilər. Azərbaycan dünyəvi dövlətdir, burada din siyasətdən ayrıdır. Bu anlamda dinin siyasətə qoşulması arzuolunan hal deyil və bunun baş verməsi yaxşı heç nə vəd etmir. Bunu Yaxın Şərq ölkələrinin timsalında görə bilərik”.
Politoloq Elşən Manafov qeyd etdi ki, siyasi müxalifətin dini müxalifətlə əvəzlənməsi ölkədə dağıdıcı proseslərə gətirib çıxara bilər: “Dinin siyasiləşdirilməsi ölkəmizin mövcud stabilliyi üçün ciddi təhlükədir. Bu həm də mövcud qüvvələr arasında nisbəti yetərincə dəyişə bilər. Ayrı-ayrı ərəb ölkələrində radikal islamın hansı fəsadlar yaratdığını görürük. Bu mənada hüquqi kontekstdə məsələyə yanaşsaq, deməliyik ki, Azərbaycan dünyəvi dövlətdir, xalqımız tolerantdır. Ölkəmizdə dövlətlə din ayrıdır. Ona görə də radikal dini siyasi cərəyanların siyasi, dövlət idarəçiliyilə bağlı proseslərə müdaxiləsi yolverilməzdir. Müvafiq qurumlar bu cür arzuolunmaz halların qarşısını dərhal qanuni müstəvidə almalıdır. Siyasi müxalifətin dini müxalifətlə əvəzlənməsi ölkədə dağıdıcı proseslərin başlanmasına, dini zəmində vətəndaş qarşıdurmasının güclənməsinə, xaosa səbəb ola bilər. Ölkədəki demokratik rejimin klerikal rejimlə əvəz olunmasına gətirib çıxarar. Bu mənada Azərbaycan dini rejimlərin bərqərar olmasından uzaq olan bir məmləkətdir. Amma artıq ölkəmizdə də müəyyən dairələrin dinə siyasi rəng qatmaları cəhdlərini görürük. Yaxşı olardı ki, dinə siyasi palitranın verilməsinin qarşısını almaq üçün perspektivdə ölkədə keçiriləcək parlament seçkilərində proporsional seçki sistemi yenidən bərpa olunsun. Çünki, proporsional seçki sistemi ölkədə partiyaların siyasi çəkisinə aydınlıq gətirməklə, hakimiyyətlə müxalifət arasındakı münasibətlərin konstruktiv, qanunvericilik bazası üzərində qurulmasına zəmin yarada bilər. Dini siyasiləşdirmək cəhdlərinin də qarşısı məhz bu kontekstdə alınar. Dinə siyasi palitranın verilməsi cəhdləri gördüyümüz kimi ərəb ölkələrində ərəb baharının və xaosun yaşanmasına gətirib çıxarıb. Təəssüf ki, belə cəhdlər Azərbaycanda da var. Onun qarşısını almaq üçün həm maarifçilik işi gücləndirilməli, həm də siyasi müxalifətlə münasibətlərin daha konstruktiv məcraya salınması üçün islahatlar aparılmalıdır. Bu mənada proporsional seçki sisteminin bərpası günün vacib reallıqlarındandır”.

ELÇİN

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv