!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirinə yaraşmayan əməl – Jurnalistə görə atasından qisas alır

!Reklam – Yazi

mikayılTanınmış jurnalist Həbibə Abdulla özünün “Facebook” səhifəsində bu gün ailəsinin də yaşadığı təhsil eybəcərliyindən bəhs edən status paylaşıb. Gununsesi.info jurnalistin qeydlərini təqdim edir:

“Əgər bir ölkədə təhsil naziri rəhbərlik etdiyi qurum haqda şikayətləri işıqlandıran, feyzbukda status yazan jurnalistin atasını “cəzalandırırsa” o ölkənin təhsilinin fatihəsi verilmişdir demək.
Söhbət Mikayıl Cabbarovdan və bəndənizdən gedir. Atam Abdullayev Sakit Qara oğlu 1976-cı ildən Tovuz rayonu Vahidli kənd orta məktəbində dil-ədəbiyyat müəllimidir. Müharibə başlayanadək təxminən 15 ilə yaxın müddətdə (müddət az da ola bilər çox da) həmin məktəbdə direktor işləyib. Müharibə başlayanda ehtiyatda olan zabit olaraq gedib hərbiyə. Azərbaycan Milli Ordusunu quranlardandır. Qarabağ müharibəsi əlili olsa da rəsmən əlillik almayıb, “Vətən uğrunda döyüşmüşəm, yaralanmışam” deyib, əlillikdən imtina edib. Atəşkəs bağlanandan sonra çox sevdiyi peşəsinə qayıtmaq üçün öz ərizəsilə ordudan tərxis olunub. Atamın dərs dediyi şagirdlər onu müəllim kimi yox, müqəddəs bir insan kimi seviblər hər zaman. Çünki o öz peşəsini sevib və sevə-sevə işləyib. Bir çoxları kimi yalnız qazanc yeri kimi baxmayıb işinə. Səhv etmirəmsə 2000-ci illərin əvvəllərində Tovuz rayonunda müəllimlərin bilik səviyyəsini yoxlamaq üçün keçirilən test imtahanından uğurla çıxıb-öz işlədiyi məktəb üzrə ən yüksək balı yığıb, rayon üzrə isə 2-3 nəticədən birini göstərib.

4 il əvvəl təqaüd yaşına çatıb, onunla 4 il təkrar müqavilə bağlanıb. Bu il 5-ci sonuncu il üçün bağlanmalı idi, amma bağlanmadı. Səbəbini isə heç kim açıq-aydın izah etmədi. Regional maliyyə idarəsində dedilər ki, yerin vakant yer kimi göstərilməyib, rayon Təhsil Şöbəsinin müdiri nazirliyə təqdimat yazsın. Şöbə müdiri təqdimatı yazdı nazirlik yox dedi. Nazirlikdən isə mənə bildirildi ki, bu il rekord sayda müəllim imtahandan yüksək göstərici ilə keçdiyi üçün nazirin kəsin əmri var 68-69 yaşlı müəllimlərlə EHTİYAC OLMADIQDA təkrar müqavilələr bağlanmır. Ehtiyac nəyə deyilir? Hər il kəndimizdən ali, ali orta məktəblərə daxil olan tələbələr ən yüksək göstəricini məhz atamın tədris etdiyi fənlərdə göstərirlər. Yanlış anlaşılmasın, amma reallıqdır ki, məktəbdəki digər müəllimlərin dərs dediyi şagirdlər də hazırlıq üçün məhz mənim atamın yanına gəlirlər. Digər yandan, kəndimiz rayon mərkəzindən bir qədər uzaqda yerləşir, bir neçə fənn müəllimi rayondan gəlir, onların davamiyyəti, keçdikləri dərsin keyfiyyəti hər zaman mübahisə doğurur. Həm də hal tək bizim məktəbdə yox, bütün kənd məktəblərində müşahidə olunur, kənardan gələn müəllim el-obanın adamı qədər can yandırammaz.

Daha bir məsələ odur ki, atamın yeri vakant yer kimi təqdim olunmayıb. 15 ilə yaxındır o məktəbdə dil-ədəbiyyat fənnini 3 müəllim tədris edir, heç kimin durumundan narazılığı yoxdur.

Bir qədər də ailənin dolanışıq imkanları haqda: qardaşım Qarabağ əlilidir, 3 övladı var. Ailənin dolanışıq mənbəyi atamın maaş və təqaüdü, qardaşımın əlillik pensiyası, g əlinimizin maaşı və həyətdə saxlanan mal-qaradır. Kredit götürüblər mal-qara üçün tövlə tikməyə. Düşünürdülər ki, müqavilə bu il sonuncu dəfə bağlanacaq, gələn ildən mal-qaradan gələn qazanca ehtiyac çoxalacaq. İndi onlar məcburdular həmin krediti qaytarıb geri ödəsinlər, tövlə də qalır yarımçıq, o mənbəyə olan ümid də ölür. Qarabağ əlili və Qarabağ müharibəsi veteranına, ən əsası isə 40 ilin müəlliminə qoyulan hörmət budurmu???

hebibe

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv