!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyi məktəblilərin intiharını belə İZAH ETDİ

!Reklam – Yazi

377561_46567715 sentyabr – növbəti tədris ilinin başlanmasını hər kəs sevinclə gözləyirdi və həmin gün uşaqları məktəbə gedən ailələrdə bayram kimi qeyd olundu.

Amma 15 sentyabr tarixi bir neçə ailəyə faciə də yaşatdı. 15 sentyabrda 12 yaşlı məktəbli oğlanın özünü asması cəmiyyətdə böyük əks-səda doğurdu. Ardınca 14 yaşlı məktəbli qızın intiharı bu əks-sədanı daha da “alovlandırdı”.

Son aylar məktəb yaşlı uşaqların intihar etmə halları çoxalıb. Bəziləri bunu şagirdlərin psixoloji vəziyyətilə əlaqələndirir.

Yenicag.az xəbər verir ki, Modern.az saytı Təhsil Nazirliyindən şagirdlərin psixoloji vəziyyətləri ilə bağlı hansı addımlar atıldığını, onları intihara sürükləyən fikirlərdən yayındırmaq üçün nələr edildiyini soruşub.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, baş verən intihar hadisələri məktəb rəhbərliyi və pedaqoji kollektivlər tərəfindən şagirdlərin özünəməxsus fərdi xüsusiyyətlərinin, hissi-emosional daxili aləminin, həyata baxışlarının, istək və arzularının, ailələrdəki sosial-psixoloji durumun daha dərindən öyrənilməsi, məktəb-ailə, məktəb-valideyn münasibətlərinin yeni yanaşmalar əsasında qurulması zərurətini yaradır.

Nazirlik qeyd edib ki, bununla əlaqədar ümumtəhsil məktəblərində aidiyyəti təşkilatların iştirakı ilə xüsusi tədbirlərin təşkili, təlimati metodik tövsiyələrin hazırlanması planlaşdırılır.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv