12001767_962785817118444_2129768989_oTəhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb.

Həmçinin ilk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb. İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək, Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.

Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək, Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru adlandırılıb.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun adı dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb.

Həmçinin, Protokol sektoru Beynəlxalq əməkdaşlıq şöbəsinin tərkibinə verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."