yenicag.az
yenicag.az

Tələbə qızın özünü öldürməsinin – Təfərrüatları (Yenilənib)

Tələbə qızın özünü öldürməsinin – Təfərrüatları (Yenilənib)

Müəllif: Redaktor

Editor

??????????????????????????????????????????????????????????

Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib.

Hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.(lent)

***

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorparasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

Araşdırmalar davam etdirilir.(lent)

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti