Tələbə yataqxananın 7-ci mərtəbəsindən düşərək öldü

Müəllif: Redaktor

Editor

d5f7ba7f93f884265872ed3c526d23e51477550567Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

APA-nın məlumatına görə, hadisə dünən səhər baş verib.

Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.

Tələbə yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır