Tələbələrin nəzərinə – TQDK vaxtı uzatdı

Müəllif: Redaktor

Editor

telebe_qebulu9Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Tələbə adı qazanan şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır