Tələbənin intiharıyla bağlı cinayət işi açıldı

Müəllif: Redaktor

Editor

 

cc0f1bf597ae8bf38ac2f758d3e92087Bakının Nizami rayonu ərazisində tələbənin intiharı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə ötən gecə Bakının Nizami rayonunun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.(trend)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır