!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılov rəsmən müflis elan edildi

!Reklam – Yazi

fullscreen-1sxpMoskva Arbitraj Məhkəməsi Telman İsmayılovun müflis olduğunu təsdiqləyib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Borclunu müflis elan etmək və müsabiqə başlatmaq”, – deyə məhkəmə materialında bildirilir. Ərizə verən tərəf kimi Moskva Bankı çıxış edib.

Qeyd edək ki, dekabrın 9-u Azərbaycan əsilli yəhudi biznesmen və keçmiş milyarder Telman İsmayılov Moskva arbitraj məhkəməsinə ərizə ilə müraciət edərək müflis elan edilməsini xahiş edib.

Məlum olub ki, Telman İsmayılovun ərizəsi məhkəməyə hələ noyabrın 19-da daxil olub. Lakin məhkəmə bu iddia üzrə dekabrın 26-nadək hərəkətsizlik qərarı verib.

Bu qərar onunla əlaqəlidir ki, İsmayılov ərizəsinə bir sıra zəruri sənədləri, o cümlədən məhkəmə iddiası qaldırmağa görə dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbzi, ərizənin kreditorlara göndərilmiş surətlərini, habelə son üç il ərzində daşınmaz əmlak, qiymətli kağızlar və nizamnamə kapitalındakı payları barədə sövdələşmələri haqda sənədləri təqdim etməyib.

Rusiyada müflisləşmə haqda qanunun yeni redaktəsi bu yaxınlarda qüvvəyə minib. Bu qanundan istifadə edərək Telman İsmayılovun borclu olduğu banklar və şirkətlər onun müflis elan edilməsi barədə iddia qaldırmışdılar. İddiaçılar arasında “Bank Moskva” da yer alır.

T.İsmayılovun müxtəlif banklara və fiziki şəxslərə, şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Onun ən iri aktivi – Türkiyədəki 1,4 milyard dollarlıq “Mardan Palace” oteli də “Halk bank”a olan borcuna görə hərracda dəyərindən az qala 10 dəfə aşağı satılıb.

Hazırda Moskva Arbitraj Məhkəməsinin icraatında vətəndaş Boris Zubkovun da T.İsmayılovun müflis elan edilməsində dair iddia ərizəsi var. Bu ərizə noyabrın 23-də təqdim olunub.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv