!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılova qarşı ağır ittiham – Sifarişli qətllər törədib

!Reklam – Yazi

Tanınmış iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov 8 sifarişli qətl törətməkdə şübhəli bilinən cinayət qruplaşmasıyla bağlı araşdırmanın fiqurantı olub.

Yeniçağ.az Rosbalt-a istinadən xəbər verir ki, onun əleyhinə qrupun həbs edilən üzvü Qarri Belotserkovski ifadə verib.

Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, Belotserkovski 2000-2016-cı illər ərzində 8 sifarişli qətl həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, İsmayılov qardaşları da bu cinayətlərdə iştirak edib. Qurbanlar əsasən, “Koptevski” cinayət qruplaşmasının nümayəndələri və onlarla əlaqəsi olan biznesmenlər olub.
Bütün cinayətlər Moskvanın şimal adminstrativ dairəsində yerləşən bir sıra ticarət obyektləri uğrunda gedən kriminal müharibə ilə əlaqəli olub. Belotserkovskinin ifadəsinə əsasən, o, 2000-ci ildə “Praqa” restoranında Rafiq və Telman İsmayılovların söhbətinə şahid olub. Burada avtoritet Andrey Lobanovun aradan götürülməsinin vacibliyi müzakirə edilib. Tez bir zamanda avtoritet güllələnib.

Mənbənin verdiyi məlumata görə, Rafiq İsmayılov artıq saxlanılıb. Uzun müddət DİN-də çalışan digər qardaş Vaqif İsmayılov istintaqdan qaça bilib. O, axtarışa verilib. Telman İsmayılova dair qərar hələ qəbul olunmayıb. Onun da axtarışa veriləcəyi istisna edilmir.

Yeniçağ.az

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv