!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılovun qardaşı məhkəmədə – Foto

!Reklam – Yazi

15151419_1851466391740042_1179059020_nAzərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu ikinci cəhddən həbs etmək mümkün olub.

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu dörd ay əvvəl iki rusiyalı iş adamının sifarişli qətlində şübhəli bilərək həbs edib. Amma iş adamının əlehinə heç bir sübut tapılmadığından Rafiq Ismayılov azadlığa buraxılıb. Dörd ay ərzində qətlə yetirilmiş Vladimr Savkinin qohumları Telman Ismayılovun qardaşı Rafiqin təkrar həbsinə çalışıblar. Cinayət işiylə bağlı bütün materiallar digər bir müstəntiqə veriləndən sonra iş “ölü nöqtəsindən” tərpənməyə başlayıb.

Nəticədə, Rafiq İsmayılov ikinci dəfə həbs edilib. R.İsmayılov həbs edildikdən sonra xüsusi nəzarət altında saxlanılır, onun işiylə məşğul olan hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifədən uzaqlaşdırıblar.

Qətlə yetirilmiş Vladimr Savkininin oğlu Roman Savkin bəyan edib ki, indi onlar Rafiq İsmayılovun güclü “klan”ın təsiri altında yenidən azadlığa çıxacağından narahatdırlar.

Bu gün məşhur oliqarxın qardaşı Mojayski şəhər məhkəməsinə gətirilib.
Rafiq İsmayılov jurnalistləri görəndə onları “problemləriniz olacaq” sözləri ilə hədələyib.

Məşhur azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı Rafiq İsmayılov rusiyalı iş adamları Vladimr Savkin və Yuriy Brilyevin sifarişli qətlində ittiham olunaraq həbs edilib.

Qətl hadisəsi 16 may 2016-cı ildə Novorijsk şossesində baş verib. Qətli sifarişli şəkildə yerinə yetirən killer Mehman Kərimov 4 ay əvvəl həbs edilmişdi.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv