yenicag.az

Təmas xəttinə yaxın 28 məktəbdə tədris dayandırılıb

Təmas xəttinə yaxın 28 məktəbdə tədris dayandırılıb

Müəllif: Redaktor

Editor

temasdaki mekteblerErmənistan silahlı qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrimizdə yaranan gərginlik nəticəsində Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədi ilə tədris müvəqqəti dayandırılıb.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti