!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Temperatur 5 dərəcə enəcək – Xəbərdarlıq

!Reklam – Yazi

ya51Aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, bəzən intensiv olacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Rayonlarda aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi yağış, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və 2-də arabir güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.(Aznews)

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv