“Yenicag.az mətbuatımızda ədalətli mövqeyi ilə seçilən, məzluma hər zaman dəstək olan, haqqa-ədalətə söykənən bir media orqanıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar saytımızı təbrik edən Azəri-Türk Qadinlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı dilə gətirib:

“Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən, böyük zəhmət hesabına başa gələn, əliboş yola çıxaraq, sonda zəngin bir qurum ərsəyə gətirən Aqil Ələsgərin rəhbərlik etdiyi Yenicag.az saytının 10 yaşı tamam olur.

Ölkədə çox sayda media qurumları var, ancaq Aqil Ələsgərin adına bağlı olan Yenicag.az saytının ölkə mətbuatında tam fərqli bir yeri var. İnanıram ki, Yenicag.az Azərbaycan mediasında daim var olacaq.

Aqil Ələsgərin gənc yaşlarından etibarən yaratdığı Yenicag.az-ın formalaşmasında əməyi, zəhməti keçən, onun yanında olan hər kəsi ürəkdən təbrik edirəm.

Yenicag.az həm də mətbuatımızda ədalətli mövqeyi ilə seçilən, məzluma hər zaman dəstək olan, haqqa-ədalətə söykənən bir media orqanıdır. O kollektivdə çalışan hər kəsi yaxından tanıyıram və onları təbrik edirəm.

Çox sevinirəm ki, Aqil Ələsgər Yenicag.az-ın yolunda maneə yaradıb, onun sıradan çıxarılması üçün olunan cəhdlərə, qəbul edilən məhkəmə qərarlarına baxmayaraq, əyilib-bükülmədi, prinsiplərindən əl çəkmədi; bütün hücumları dəf edərək, çətinliklərin öhdəsindən gəldi.

Aqil Ələsgər məhz bu əzmkarlığı sayəsində Azərbaycan mediasında öz xüsusi yeri olan, tək ölkəmizdə deyil, qardaş Türkiyənin də bir çox nəşrlərində mənbə kimi göstərilən Yenicag.az-ı belə yüksək səviyyəyə qaldırıb.

Başda Aqil Ələsgər olmaqla, Yenicag.az-ın kollektivini 10 illik yubileyi münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1368
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."