!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlıya qarşı təxribatın arxasında PKK var?

!Reklam – Yazi

 

12033076_1639903012958189_2377969462892817609_nMillət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.

Yenicag.az xəbər verir ki. bu barədə AzVision.az-a T.Rüstəmxanlı özü məlumat verib.

Bildirib ki, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.

Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib .

Xatırladaq ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası Mirkişili Tahir Famil oğlunun namizədliyini irəli sürüb.

***

tokat-ve-bafra-ulku-ocaklarinda-hocali-katliami-konferansi“Azəri-Türk” Qadınlar Birliyinin sədri, deputat Sabiq Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasının səbəbi məlum olub. Bu barədə Lent.az-a Tənzilə Rüstəmxanlı özü açıqlama verib.

T.Rüstəmxanlı iddia edib ki, Dairə Seçki Komissiyası heç bir əsas olmadan onun namizədliyini qeydə alınmaması ilə bağlı qərar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir rəqib mənimlə mübarizə apara bilməyəcək. Mənim bütün sənədlərim qaydasındadır. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, mən bu ölkədə tanınmış biriyəm. Haqqımı tapdalayıblar”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, dairədən namizədliyinin qeydə alınmamasına səbəb kimi onun seçiciləri aldatmasını göstəriblər: “Guya ki, mən seçiciləri aldatmışam. İmza verən şəxslər bilməyib ki, kimə imza verirlər. Halbuki, bütün imzaların alınmasında şəxsən iştirak etmişəm. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət vermişəm. İnanıram ki, mənim tapdanmış haqqım bərpa olunacaq”.

***

Yenicag.az-ın aldığı xəbərə görə, Tənzilə Rüstəmxanlının qeydiyyatdan keçirilməməsinin səbəbkarı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Belə ki, yenicə Sumqayıta təyin olunan icra başçısı “xanlığı” ərazisində güclü deputatın olmasında maraqlı deyil.

Onun üçün də DSK-lara gələcəkdə ona problem yarada biləcək, qarşısından çəkilməyəcək namizədlərin qeydə alınmaması təlimatını verib.

Bu səbəbdən də, Fərəcov üçün Tənzilə Rüstəmxanlının həm ölkə daxilində, həm də ölkəmizdən kənarda dövlətə və millətə xidmətinin heç bir önəmi yoxdur.

Eyni zamanda Tənzilə Rüstəmxanlının PKK əleyhinə sərt mübarizəsinin də bu qeydiyyata alınmamaqda rolunun olduğu ehtimal olunur. Belə ki, həm Xocalı Soyqırımını davamlı olaraq xarici medianın gündəmində saxladığı, həm də Türk Dünyası ilə bağlı fəaliyyətlərinə görə, xanım Rüstəmxanlı PKK və ASALAnın (erməni terror təşkilatı) hədəfindədir. 

Mövzunu diqqətdə saxlayacağıq.

Yenicag.az 

www.yenicag.az

1496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv