!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tərəqqi” medalı artıq bu sahə üzrə də verilə bilər

!Reklam – Yazi

millimeclisesasdfvgbn7Azərbaycanda “Tərəqqi” medalının veriləcəyi sahələrin sayı artırılır.

Milli Məclisdən verilən məlumata görə, “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, “Tərəqqi” medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.

Layihə artıq Milli Məclisin müzakirəsinə tövsiyyə edilib.

Hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir(trend).

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv