www.sinerjipro.net

SinerjiProWide
Reklam

Böyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəlütarixin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, bu bəyanat T. Meyin Cəbəlütarixin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.

T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəlütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T. Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə Cəbəlütarixin də cəlb olunacağını vəd edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."