!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Terror aktının baş verməsinin səbəbi Ərdoğanın dollardan imtina etməsidir” – Politoloq rəyi

!Reklam – Yazi

15416848_255208011563055_911913372_n“Terror aktı Rusiya-Türkiyə münasibətlərində müşayiət olunan yaxınlaşma ilə bağlı idi”

Bunu Yenicag.az-a dekabrın 10-da İstanbuldakı “Vodafone Arena”da baş vermiş terraktı şərh edərkən politoloq Elşən Manafov söyləyib.

Onun sözlərinə görə, ABŞ Türkiyə və Rusiyanın yaxınlığını qəbul edə bilmir:

 

“Rusiya və Türkiyə Suriya probleminin çözülməsi istiqamətində ortaq məxrəcə gəldikdən sonra artıq Suriyada hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bəlli oldu. Bu, Amerikanın Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdən kənarlaşdırmaq üçün uzun müddətdir ki, həyata keçirmək istədiyi siyasətdir. Təbii ki, onların oyunu öz səmərəsini də vermir. Bu şəraitdə Türkiyəni “Fərat qalxanı” əməliyyatından geri çəkməklə Türkiyəyə qarşı mövqeni gücləndirmək üçün terror aktlarına əl atırlar. Bu da ondan ibarətdir ki, ABŞ TAK terror qruplaşmasının mövqelərini geri çəkdi və “onların günahlandırılması ilə bağlı məsələlərə baxılacaqdır”,- deyə fikir bildirdilər”.

Politoloqun sözlərinə görə, terror aksiyasına Rusiya prezidentinin münasibəti onun diqqətini cəlb edib:

“Putin qeyd etdi ki, Türkiyədə terror aktını həyata keçirmiş tərəflər cavabsız qalmayacaq. Bu o deməkdir ki, Türkiyə də mövcud təhlükənin aradan qaldırılması üçün Rusiya Türkiyənin xüsusi orqanları ilə əməkdaşlığa hazırdır. Güman edirəm ki, bu əməkdaşlıq Türkiyəni təhlükələrdən sovuşdurmaq üçün düşünülüb”.

Elşən Manafov ile ilgili görsel sonucuElşən Manafovun fikrincə, ümumiyyətlə, Türkiyədə terror aktının baş verməsi Ərdoğanın dollardan imtina etməsidir:

“Türkiyənin məlum dovlətlərlə ticarət əməliyyatlarını lirə ilə həyata keçirməsidir. Ərdoğanın son vaxtlar Rusiya ilə münasibətlərində müşahidə olunan yaxınlıq, dollara münasibətdə açıq mesaj, Suriya probleminin çözülməsində və ortaq məxrəcə gəlmələrində Türkiyənin ABŞ-la münasibətində problemlər yaradır. Buna baxmayaraq hələ ki, vəziyyət nəzarət altındadır. Amma Ərdoğan Amerika ilə münasibətdə sərgilədiyi mövqedən geri çəkilməsə, Türkiyənin özündə iğtişaşlar, ziyanlar, hətta vətəndaş müharibəsi də yarana bilər”.

Qeyd edək ki, dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib. Terror hücumunda ölənlərin sayı 44-ə, yaralıların sayı isə 155-ə çatıb.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv