“Terror Ərdoğanın Azərbaycana səfərini təxirə salmaqçün törədilib”

Müəllif: Redaktor

Editor

qabilhuseynliaaa“Düşünürəm ki, Ankara şəhərində törədilmiş terror Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təxirə salmaq üçün törədilib”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, terrorun Ərdoğanın səfərə çıxmasından bir gün əvvəl törədilməsinin təsadüfi olmadığını bildirib: “Terror aktını törədən Suriyadan olan kürddür. O, Suriyadakı PKK-nın bir qolu olan YKK terror təşkilatının üzvüdür. Zənnimcə, onun arxasında daha böyük güclər dayanır”.

Politoloq sözügedən terror hadisəsində diqqəti Rusiyanın üzərinə çəkib: “YKK son dövrlərdə Rusiya ilə ciddi əlaqələr qurub. Onun Moskva şəhərində rəsmi nümayəndəliyi də açılıb. Bundan başqa Rusiya bu təşkilata xeyli silah ötürür. Bu isə o deməkdir ki, Rusiya həmin təşkilatı nəzarəti altında saxlayır”.

Q.Hüseynli hesab edir ki, terror aktı ilə Türkiyəni qorxutmaq istəyiblər: “Bu Türkiyəni qorxutmaq, çəkindirmək üçün atılan addımdır. Son zamanlar Türkiyə YKK-nın Hələb şəhərində irəliləyişinin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Buna görə də mən belə hesab edirəm ki, bunun arxasında Suriya kürdləri və onların himayədarları durur”.


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır