www.sinerjipro.net

SinerjiProWide
Reklam

Sankt-Peterburq metrosunda terror hücumunda həlak olan Dilbarə Əliyeva doğma vətənində dəfn olunacaq.

Yeniçağ.az Report-a istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzetinə mərhumun təhsil aldığı imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetindən məlumat veriblər.

Universitetdən bildiriblər ki, D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhumu qohumlarının yaşadığı tarixi vətənində dəfn etməyi planlaşdırırlar. Mərhumun meyitinin sabah Bakıya çatdırılacağı gözlənilir.

İyirmi yaşlı D.Əliyeva ali məktəbin üçüncü kursunda, İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alırdı. O, Bakıda anadan olsa da, çoxdan valideynləri ilə birgə Sankt-Peterburqa köçüb, elə orada məktəbə gedib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosinda törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb. Yaralılar arasında daha bir azərbaycanlı, Rusiya vətəndaşı Zaur Vəliyev də var. Onun durumu orta ağır kimi qiymətləndirilir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."