Terror təşkilatı PYD Türkiyə sərhədinə bayraq asdı

Müəllif: Redaktor

Editor

15310494_833644270112211_66309079_nTürkiyənin Şanlıurfa bölgəsinin Akçakale rayonu ilə Suriyanın PYD-nin nəzarətindəki Tel-Abyad qəsəbəsi arasında təhlükəsizlik divarının çəkilməsi işləri davam edir.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PYD üzvləri sərhəd xəttinə yaxın ərazidə terror təşkilatının silahlı qanadı olan YPG-nin böyük bir bayrağını asıb.

Terror təşkilatı tərəfindən asılan yeni bayraq Akçakalenin hər tərəfindən görünür. Buna baxmayaraq, Türkiyə təhlükəsizlik qüvvələrinin dəstəyi ilə sərhəddə divar hörgü işləri davam edir.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır