www.sinerjipro.net

SinerjiProWide
Reklam

044d4431854f2aadd46bfb2b29fd0327“Bu gün beynəlxalq aləmin əsas mövzusu terrora qarşı ortaq mübarizənin təşkilinə nail olmaqdır”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı, deputatlığa namizəd Adil Əliyev Türkiyədə baş verən terror hadisəsini şərh edərkən bildirib. O bildirib ki, birgə mübarizə olmasa, vəziyyət daha da pisləşəcək:

“İki dünya müharibəsindən çıxan bəşəriyyət terroru yenməsə və ya ən azı terrorun miqyasını zəiflətməsə, vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək. Terror artıq Türkiyəmizin paytaxtı Ankaranı vurur. Dünən isə belə bir xəbər gəldi ki, birbaşqa qonşumuzun paytaxtında – Moskvada da terror törətmək istəyən qrup yaxalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrorçulara qarşı birgə əməkdaşlığa ehtiyac var. Çünki terrorun bu gün və ya sabah haranı vuracağı bəlli deyil. Silahlı separatçıların da terrorçulardan elə böyük fərqi yoxdur. Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir. Azərbaycan prezidenti İlham Əliyev müsahibələrinin birində söylədiyi kimi, pis və yaxşı terrorçu yoxdur”(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."