Terrordan sonra ilk cümə namazı – Ərdoğan, Davudoğlu da gələcək

Müəllif: Redaktor

Editor

sultanahmetcamiİstanbulun mərkəzində Sultanahmet meydanında terror hadisəsi törədildikdən sonra ilk dəfə sözügedən meydandakı məsciddə cümə namazı qılınacaq.

Sultanahmet məscidində qılınacaq cümə namazında prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da iştirak edəcək. Prezidentin və baş nazirin də qatılacağı cümə namazında iştirak etmək üçün vətəndaşlar Sultanahmet Məscidinə gəlib. Sultanahmet meydanındakı terror hücumundan sonra qılınacaq ilk cümə namazı üçün məsciddə hazırlıqlara başlanılıb. Məsciddəki hazırlıqlar yekunlaşdıqdan sonra vətəndaşlar içəri buraxılacaq. Cümə namazının axundunun Diyanət İşləri Başqanı Mehmet Görmez olacağı ehtimal edilir.

Xatırladaq ki, Sultanahmet meydanında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışda yaralananlar arasında xarici vətəndaşlar da var.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir