Terrorun erməni üzü – VİDEO

Müəllif: Redaktor

Editor

azerverdiyev-854Xəbər verdiyimiz kimi Fransanın paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar azı 153 nəfərin həyatına son qoydu. Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi teraktların, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, “Kamboca” restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, “Bellek Ekip” barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub. Terror hadisədi ilə bağlı dünya mediası bir çox versiyalar səsləndirdilər. İŞİD terror qruplaşması isə məsuliyyəti öz üzərinə götürdü və bəyanat yaydı.

Dünyada baş verən bu və ya digər terror hadisələri ilə bağlı böyük güclərin yanaşması birmənalı deyil. Biz yaxın 100 ilin tarixinə nəzər salsaq Fransa kimi dünyanın bir çox inkişaf etmiş ölkələrində törədilən terror hadisələrində erməni izinin olduğunun şahidi olarıq.

Ermənistan bir dövlət kimi ərsəyə gəlməsində terror əməliyyatlarının çox böyük “rolu” var.

Əslində hər birimizin diaspor təşkilatı olaraq tanıdığımız erməni lobbisi anlayışı ASALA kimi terror təşklatının varisi kimi qəbul edilir. Lakin bəzi dövlətlər bu kimi məlumatları məxvi saxlayaraq sanki xristian dünyasını bu ləkədən qorumağa çalışırlar. Heç kimə sirr deyil ki, bugün Avropada islamafobiyanın yayılması istiqamətində kifayət qədər ciddi iş gedir və İslam dini dünyaya terrorçu din kimi tanıdılır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla onu qeyd edim ki, islam dini tez bir zamanda dünya xalqları arasında geniş nüfuz qazandı və statistika baxımından digər dinləri geridə qoydu. Bu özlüyükdə avropalıları, xüsusən də xristian dövlətlərini ciddi şəkildə narahat etməyə başladı.

Maraqlı məqam ondan ibarətdir ki, XIX əsrdən başlayaraq ermənilər bu istiqamətdə aparılan çirki siyasətin əsas alətinə çevrilməyə başladılar. Bu proses bugün də davam etməkdədir. Yaxın keçmişə nəzər salaq.

Ermənilər tərəfindən 1977-ci ildə Rusiyada törədilən qanlı terror aktından sonra hər şey göz qabağında idi.

Əslində, bu terror aktı zamanı ermənilərin əsil xisləti üzə çıxdı. Hətta məhkəmədə Zatikyanın dediyi sözlər öz erməni xislətini üzə çıxardı. O üzünü erməni dostlarına çevirərək “Bizim itirməyə heç nəyimiz yoxdu. Bizə qalan nifrətdi, qəzəbdi” deməsi növbəti nədələrdən xəbər veridi. Zori Balayan ötən il Putinə göndərdiyi açıq məktubda isə açıq şəkildə müasir rus xalqının mövcudluğuna görə ermənilərə borcu olduğunu vurğuladı. Hesab edirəm ki, bu artıq canı və qanı terroçuluqdan qidalanan ermənilərin dünyada baş verən bir sıra kataklizmlərin səbəbkarı olduğunu sübut edirdi.

Proses bugün də davam edir.

Lakin müasir dövrdə oyunun iştirakçıları bir qədər dəyişərək vəhşiliklərə daha geniş “yer” verilmişdir. Əgər əvvələr ermənilər dünya ölkələrində fəaliyyət göstərən türk diplomatlarına qarşı terror hadisəsi, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım törətməklə öz xislətlərini ortaya qoyurdularsa indi bunu daha geniş coğrafiyada həyata keçirilər. Heç kimə sirr deyil ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında terrorçular yetişdirərək müəyyən məqsədlər üçün istifadə edirlər. Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən hadisələr zamanı hər gün ən azı 100 günahsız insan qətlə yetirilir. Bundan başqa Yaxın Şərqdə yaşayan türmənlər ciddi diskriminasiyaya məruz qalırlar və proses soyqırım səviyyəsində həyata keçirilir. Lakin dünya bu qətliamlara göz yumur. Səbəb isə bəllidir: MÜSƏLMANLAR QIRILMALI, XRİSTİANLAR İSƏ HÖKMRANLIQ ETMƏLİDİRLƏR.

Azər verdiyev

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri

icmalçı


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir