Yazı İçi 468×60

1359952125_qeza-avariya-mainTərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib.

Hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb.

Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı VAZ-21099 markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, VAZ-21214 markalı maşınla toqquşub.

Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.

VAZ-21214 markalı maşının sürücüsü Camalov Elməddin və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."