Tərtərdə törədilən qətlin TƏFƏRRÜATLARI-Fotolar

Müəllif: Redaktor

Editor

73b2f996b9cfe708d639773a43b33708Tərtərdə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Qətli törədən Fərid Zeynalovun əmisi Elçin Zeynalov  bildirib ki, ailəsi F. Zeynalovun nikahdan kənar qadınla yaşamasından dünən xəbər tutub: “Dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirdi. Məlum oldu ki, Fərid 3-4 aydır, bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanunu yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib”.

Tərtər Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir(APA).


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır