Yazı İçi 468×60

terterqetl8Valideynlərini qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, oktyabrın 4-də Tərtər rayonunun Cəmilli kənd sakini, 1988-ci il təvəllüdlü Qurban Nəsibovun valideynlərini qəsdən öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Aparılmış istintaq zamanı 2013-cü ildən Tərtər Mərkəzi Rayon Xəstəxanasında “Reaktiv paranoid psixoz” diaqnozu ilə dispanser qeydiyyatında olan və əvvəllər məhkum edilmiş Qurban Nəsibovun qeyd edilən tarixdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı yatdıqları çarpayıda küt alətlə vuraraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Q.Nəsibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir(Aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."