!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtərdə yaşayış məntəqələri atəşə tutulub

!Reklam – Yazi

135507_res_01Ermənilər Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Ötən gecə Tərtərin yaşayış məntəqələri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub. Nəticədə, rayonun Qaraqoyunlu kəndinə bir neçə mərmi düşüb. Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb. Hadisə zamanı ev sahibləri əkin sahələrində olduğu üçün xəsarət alan olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədr müavini İlqar Musayev “Report”a açıqlamasında bildirib ki, ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib: “Kəndin elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz boruları zədələnib. Fərdi yaşayış evlərinə qrad mərmisinin düşməsi nəticəsində bir neçə evdə yanğın baş verib”.

İ.Musayev əlavə edib ki, Tərtərin Qapanlı kəndi də atəşə məruz qalıb və yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv