Yazı İçi 468×60

610x380xicrabascisi.jpg.pagespeed.ic.anAlnbIx6HTərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iş saatı bitdikdən sonra rayonu tərk edir.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün işdən sonra ya anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün atır. Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğundan, Müstəqim Məmmədov gecələri rayonda qalmaqdan ehtiyatlanır.

Maraqlıdır ki, qaynar bölgə olsa da, sakinlər doğma yurd-yuvalarını tərk etmirlər. Rayona rəhbərlik edən şəxs isə ona dövlət başçısı tərəfindən rəhbərliyi etibar edilmiş rayonda qalmağı özünə rəva bilmir.

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.

Məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlasaq da, onların mövqeyini öyrənmək mümkün olmadı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."