Test üsulu ləğv olunsun? – Şərh

Test üsulu ləğv olunsun? – Şərh

Müəllif: Baş Redaktor

Baş Redaktor

1434704963_imtahanVurğun Əyyub: “Məgər orta məktəbin buraxılış imtahanlarında şagirdin yazı qabiliyyəti, şifahi nitqini formaşaldırmaq və yoxlamaq olmaz?”

Təhsil eksperti Nadir İsrafilov Moderator.az-a müsahibəsində bildirib ki, heç də bütün imtahanlar test üsulu ilə keçirilməməlidir: “Təhsil bir sistem olaraq durmadan inkişaf edir, təkmilləşir, beynəlxalq aləmə inteqrasiya edir. Bu baxımdan testin də forma və məzmunca yeniləşməsi, təkmilləşdirilməsı və tətbiqi əhatəsinin konkretləşdirilməsi qaçılmazdır. Digər bir məsələ var ki, test təhsil alanların əsasən məntiqi təfəkkürünü tənzimləyirsə, yazılı imtahan yazı vərdişlərini, şifahi imtahan isə nitq qabiliyyətini inkişaf etdirir. Etiraf etmək zorundayıq ki, əksəriyyət məzun və tələbələrimiz yazı və nitq sarıdan yumşaq desək bir az kasaddırlar. Bu mənada hər bir fənnin spesifikasina müvafiq imtahan forması seçilməli və tətbiq olunmalıdır. Bütün imtahanları testlə keçirmək uğurlu variant deyil”.

vurgun eyyub04Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub isə həmin fikirlərlə razı olmadığını söylədi: “Əvvala, onu deyim ki, heç də bütün imtahanlar test üsulu ilə keçirilmir. Bildiyiniz kimi, xusisi qabiliyyət tələb edən ixtisaslarda test suallarından başqa, qabiliyyət imtahanları da götürülür. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən, sovet təhsil sisteminin şinelindən çıxmış bir çox təhsil adamları hər şeyi TQDK-da həll etmək istəyir. Düşünmürlər ki, onda orta mətkəbə nə ehtiyac var idi. Məgər orta məktəbin buraxılış imtahanlarında şagirdin yazı qabiliyyəti, şifahi nitqini formaşaldırmaq və yoxlamaq olmazmı? Mütləqmi, bunların hamısını ali məktəbə qəbul zamanı həll etmək gərəkdir? Təhsilə baxışımın idarə edilməsində demokratikliklə əlaqədar düşüncələrimlə, bir çox digər ekspertlərimiz arasında kəskin fikir ayrılıqları var və bu hal geniş müzakirə tələb edir. Fikirlərin hansının daha əhəmiyyətli və gərəkli olduğunu bilmək üçün onun geniş müzakirəsinin aparılmasına ehtiyac var”.

ELÇİN

 

Cəmiyyət, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti