Yazı İçi 468×60

teyÜzeyir Cəfərov: “Rusiyanın həmin hadisəyə görə hay-küy qaldırmasını başa düşə bilmirəm”

Suriyada İŞİD-ə qarşı mübarizə adı ilə havaya qalxan Rusiya hərbi təyyarəsinin Türkiyə səmasına soxulması və buna görə də vurulması hadisəsi Moskva ilə Ankara arasında münasibətləri kəskin həddə çatdırıb. Bu fonda Rusiyada Türkiyəyə qarşı hədə dolu səslənən fikirlərin həcmi artıb.
Görəsən, Türkiyə öz səmasına daxil olan başqa ölkəyə məxsus hərbi təyyarəni vurmaqda nə dərəcədə haqlı olub?

Yenicag.az-a açıqlama verən hərbçi ekspert Üzeyir Cəfərov baş verən olayda bütün məqamlar baxımından Türkiyənin addımının doğru olduğunu bildirdi: “Özünə hörmət edən dövlət sözsüz ki, ərazisindən qanunsuz şəkildə uçan istənilən təyyarəni öz hava məkanını tərk etməyə məcbur edə və təhlükə törətdiyi halda onu vura da bilər. Buna normal yanaşmaq lazımdır. Ona görə də Rusiyanın həmin hadisəyə görə hay-küy qaldırmasını başa düşə bilmirəm. Rusiya bilmir ki, bu müharibədir və bu zaman itkilərin olması labüddür. Onlar həmin döyüş təyyarəsini hansısa bir gəzintiyə göndərməmişdilər ki. Rus pilotları da səhvə yol verərək, 17 saniyə ərzində Türkiyənin hava məkanında qalıblar. Türkiyə pilotları da rusların inkar etməsinə baxmayaraq, onlara bir neçə dəfə xəbərdarlıq edib. Ortalıqda bununla bağlı real danışıqların əks olunduğu video-audio səslər var. Bunu da heç kim inkar edə bilməz. İndiyə kimi Ankara Rusiyaya bir neçə dəfə xəbərdarlıq etmişdi. Başa düşürəm ki, indiyə qədər Rusiyanın qarşısına çıxıb ona yerini göstərən olmamışdı. Ona görə də Moskva bu qədər hikkə nümayiş etdirir və Türkiyəni cəzalandıracaqlarını bildirirlər. Rusiyanın bundan sonra atacağı addım onu daha dərin böhrana sürükləyəcək. Ən ağır dönəmdə, Ukrayna məsələsində Rusiyanın sərgilədiyi mövqeyə görə dünyanın ondan üz döndərdiyi zaman, Ankara Moskvaya qucaq açdı və bu ölkəni sanksiyalardan qorumaq üçün onunla müəyyən sazişlər imzaladı. Rusiya özü dəfələrlə başqa dövlətlərin, Skandinaviya, Baltik və MDB ölkələrinin hava məkanını pozub. Suriya əməliyyatı başlayandan bəri də Rusiya təyyarələri bir neçə dəfə Türkiyə sərhədini pozmuşdu. İndi isə Moskva özündən mələk obrazı yaradaraq, heç bir əsas olmadan Türkiyəni ləkələmək üçün müxtəlif variantlara əl atır”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."