!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təyyarə qəzasında ölən futbolçuların son FOTOLARI

!Reklam – Yazi

olen-futbolcularBraziliyanın “Şapekoense” klubunun 9 üzvü komanda ilə birgə Kolumbiyaya uçmaqdan imtina edib.

Bununla da onlar təyyarə qəzasından canlarını qurtara biliblər. Onların komanda yoldaşları isə dəhşətli qəza zamanı həlak olub.

Son məlumatlara görə, komandanın müdafiəçisi Alan Rusel və qapıçı Markoz Danilo qəzadan sağ çıxıb.

Qeyd edək ki, Kolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Ən son məlumata görə, hadisə nəticəsində 15 nəfər xilas edilib. 66 nəfər isə həlak olub.

Qeyd edək ki, “Şapekoense” klubu noyabrın 30-da “Atletiko Nasional”la görüşməli imiş.

Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şapekoense” klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.(azvision)

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv