Ads by Google

hightechnic
Ads by Google

5-192Misirdə baş verən təyyarə qəzasında həlak olanlarla bağlı bəzi məlumatlar açıqlanıb.

Şarm-El-Şeyxdən Peterburqa gedərkən faciəli şəkildə ölən şəxslərin cəsədlərini Pulkovo hava limanında onların qohumları gözləyirlər. Ciddi stress yaşamış həmin şəxslər “Kraun Plaza” mehmanxanasına yerləşdirilirlər, aeroportun qarşısından isə kəskin “korvalol” qoxusu gəlir…

“Onları basdırmayın, yalvarıram. Hamısı sağdılar”- bu sözləri faciə zamanı bütün ailəsini itirən bir kişi ağlayaraq deyib.

Ölənlərin arasında Peterburqdan olan vətəndaşlar üstünlük təşkil ediblər. Hər bir mərhumun isə təbii ki, öz tarixçəsi var. Onlardan kimisə evlilik ildönümünü, kimisə ad gününü, kimisə sadəcə ailəsi ilə ömrünün ən gözəl günlərini qeyd etməyə isti ölkəyə gediblərmiş.

Bu tarixçələrdən ən təsirlisi isə 10 aylıq Darinanınkıdır. Dəhşətli qəzadan əvvəl balaca qızcığazın anası Tatyana Qromova qızının hava limanında çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq “Əsas sərnişin” şərhini verib. Darina həmin təyyarənin göyərtəsində uçan ən azyaşlı vətəndaş olub.

Xatırladaq ki, dünən baş verən faciə zamanı 7 nəfəri ekipaj üzvü olmaqla, ümumilikdə 224 nəfər vəfat edib. Bununla bağlı Rusiyada 1 günlük matəm elan olunub(Qafqazinfo)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 299
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."