www.sinerjipro.net

SinerjiProWide
Reklam

“AirAsia” aviaşirkətinə məxsus laynerlərdən birinin göyərtəsində bələdçilər sərnişinləri şoka salıblar.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, sərnişinlərin təəccübünə səbəb uçuş zamanı stüardessaların növbəylə ulaması olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri bir-bir mikrofona ulayıblar.

Çikaqodan olan Odri adlı sərnişin baş verənləri lentə alıb. Hadisə yanvar ayında baş versə də, bu barədə xəbər yalnız bu gün yayılıb.

Aviaşirkətin rəhbərliyi əməkdaşlarının bu hərəkətinə hələ ki heç bir açıqlama verməyib.

Qeyd edək ki, “AirAsia” Malayziyanın aviaşirkətidir. Bu şirkətə məxsus laynerlər 25 ölkədə 400-dən çox istiqamət üzrə yerli və beynəlxalq uçuşlar həyata keçirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3407
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."