!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Təzyiq altında “Çelsi” olmalıdır” - Dino Ndlovu

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu bu oyundan öncə təşkil olunmuş mətbuat konfransında iştirak edib.

Yenicag.az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

– Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.

– Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?
– Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdir. Buna görə, təzyiq altında onlar olmalıdırlar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdursa, növbəti mövsümə köklənəcəyik.

– Premyer Liqada yaxşı oyununuzla seçilirsiniz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdınız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?
– Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdir. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.

www.yenicag.az

2758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv