HighTechnic

hightechnic
Ads by Google

99910_res_01Təbriz Əl-Zəhra, Şəhid Mədəni və Sina xəstəxanalarının tibb bacıları “vəzifəsinə görə əlavə ödəmə” dövlət layihəsinə etiraz edirlər.

Layihəyə əsasən tibb bacıları gördükləri işə görə maaş almalıdır. Belə ki, cərrahiyyə əməliyyatlarında iştirak edənlərə daha çox və xəstələrə qulluq edən şəfqət bacılarına daha az maaş ödənəcək.

Tibb bacıları bu lahiyəni ədalətsiz adlandırırlar.

Nəsr news-un məlumatına görə, etirazların davamı olaraq sabah saat 10-da Təbriz Taleqani xəstəxanasının tibb bacıları da aksiyaya qoşulacaqlar.

Həmin mənbə bildirir ki, Təbriz Şəhid Mədəni Kardiologiya Xəstəxanasının əməliyyat otağı etirazlara görə bir gün bağlanıb və sabahkı aksiyalara görə daha bir gün bağlı olacaq.

Təbrizin Tibb Elmləri Universiteti aksiyalara münasibət bildirməyib.

Rəsmilərin aksiya iştirakçılarının tələbinə cavab verməməsi xəstələrə ciddi ziyan vurub.(“Amerikanın səsi”)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."