Tibb işçiləri gecə Astara-Bakı qatarının qarşısını kəsdilər

Tibb işçiləri gecə Astara-Bakı qatarının qarşısını kəsdilər

Müəllif: Redaktor

Editor

Bu gecə saat 1-in yarısında Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkəti Salyan stansiyasında etirazçı tibb işçiləri tərəfindən yarım saata yaxın dayandırılıb.

Virtualaz.org saytı Şirvan bürosunun məlumatına görə, fevral ayının 1-dən müvafiq əmrlə bağlanmış Salyan Dəmir Yolu Xəstəxanasının 40 nəfərə yaxın qadınlardan ibarət işçisi qatarın qarşısına çıxaraq onun hərəkətinə mane olublar.

Hadisə yerinə gəlmiş nəqliyyat polisi etirazçı qadınları dəmir yolundan geri çəkdikdən sonra qatar hərəkətinə davam edib.

Tibb işçilərinin tələbi 1945-ci ildən fəaliyyət göstərən, 56 nəfərin çalışdığı dəmir yolu xəstəxanasının fəaliyyətinin bərpa olunmasıdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, idarənin balansında olmuş xəstəxanalar və tibbi müəssisələr əvvəllər Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilirdi və QSC və Metropoliten əməkdaşları üçün pulsuz xidmətlər göstərilirdi.

Ancaq 17 noyabr 2016-cı il Maliyyə Nazirliyi tərəfindən 1 yanvardan bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. “Azərbaycan Dəmir Yolları”

Qapalı Səhmdar Cəmiyyəti də tabeliyindəki tibb müəssisələrinin dəyərləndirilməsini aparıb və özünü maliyyələşdirə bilməyəcək müəssisə və xəstəxanaların bağlanması haqqında qərar qəbul edib. Belə xəstəxanalardan biri də Salyan dəmir yolu xəstəxanası olub.

Bununla birlikdə, “Azərbaycan Dəmir Yolları” QSC-dən qeyd ediblər ki, başqa rayonlarda bir sıra xəstəxanalar öz işini davam etdirəcək: “Bəzi həkimlər və tibb personalı yarım ştata keçiriliblər”.

Yeniçağ.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti