Tibb Texnikomunun yataqxanasında – Qanlı hadisə

Müəllif: Redaktor

Editor

bicaqBakıda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikomunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır