yenicag.az
yenicag.az

Ticarət mərkəzində yanğın – Bütün mallar yandı

Ticarət mərkəzində yanğın – Bütün mallar yandı

Müəllif: Redaktor

Editor

sds500Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzində güclü yanğın baş verib.

Yenicag.az-ın ans press-ə istinadən məlumatına görə, hadisə paytaxtın “Savelovsk” metro stansiyasının yaxınlığında yerləşən eyniadlı bazarda baş verib.

Mərkəzdə əsasən azərbaycanlılar çalışır və onlar paltar alveri ilə məşğuldur. Yanğın nəticəsində həmyerlilərimizə məxsus olan təxminən iyirmiyə yaxın konteyner yanıb. Yanğın nəticəsində bütün satılan mallar yanıb. Yerdə qalan mallar isə su altında qalaraq yararsız hala düşüb. Bazarda çalışan azərbaycanlılar külli miqdarda ziyana düşdüklərini qeyd edib.

“Bütün mallarımız yandı. Heç nə götürə bilmədik. Qalan malımız da yanğınsöndürənlərin buraxdığı suyun altında qaldı. Yanğının qəsdən törədildiyini ehtimal etmirik. Bu hadisədən sonra bazar bağlanacaq. Burada bir neçə dəfə belə hadisə baş verib. Daha sonra həmin yer bağlanıb. Mənim kimi bir çoxlarına ciddi ziyan dəyib”, – deyə bazarda çalışan həmyerlimiz Sadiq Heydərov bildirib.

Yanğın zamanı bazarda çalışanlar dərhal təxliyyə olunub. Hadisə yerinə xilasedici qrup, yanğınsöndürən və polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri barədə açıqlama verilmir.

Rusiyada bazarlarda yanğın ilk dəfə deyil. Son dəfə olaraq Kazanda azərbaycanlı iş adamına məxsus “Admiral” ticarət mərkəzində güclü yanğın olmuşdu. Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Onların arasında azərbaycanlılar da var idi. Ticarət Mərkəzinin direktoru Hüseyn Qəhrəmanov aparılan istintaq çərçivəsində saxlanılıb.

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti